Qadın biznesmen Xankəndidə Türkiyə vətəndaşlarını qanunsuz işlədib - Cəzası BƏLLİ OLDU

Xankəndidə əcnəbiləri qanunsuz əməyə cəlb edən şirkət cərimələnib.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, şəhərdə fəaliyyət göstərən MMC-lərdən biri 12 Türkiyə vətəndaşını Azərbaycanda yaşayış icazəsi olmadan işlədib. MMC-nin icraçı direktoru Günel Əlizadə həmin işçilərin müxtəlif vəzifələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını yazılı izahatında bildirib. Həmçinin əcnəbilərin hər biri də öz izahatlarında bu faktı təsdiq ediblər.
Miqrasiya Məcəlləsinin 63.4-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin qeyd olunan Türkiyə vətəndaşları üçün həmin icazə alınmayıb.
Buna görə də MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 578.2-ci (əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması 3 və daha çox şəxs üçün törədildikdə) maddəsi ilə protokol tərtib olunub.
Xankəndi Şəhər Məhkəməsinin qərarı ilə həmin şirkətə 30 min manat cərimə cəzası verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












