Qadına kömək adı ilə yaxınlaşıb zor tətbiq edən şəxs saxlanıldı - FOTO

Sumqayıt şəhərində yanvarın 7-si saat 18 radələrində naməlum şəxsin şəhər sakini olan 63 yaşlı qadına kömək etmək adı altında yaxınlaşaraq ona zor tətbiq edib 30 manat pulunu və mobil telefonunu əlindən alması barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 38 yaşlı Abbas Həsənov saxlanılıb. Araşdırma zamanı onun daha bir nəfərə qarşı dələduzluq edərək mobil telefonunu əlindən alması da müəyyən olunub.
Sumqayıt polisinin həyata keçirdiyi daha bir əməliyyat zamanı evlərin birindən 1200 manat dəyərində təmir alətləri, inşaat materialları, eləcə də şəhər ərazisində yerləşən ticarət mərkəzlərinin birində qadının gödəkcəsindən 7320 manat oğurlayan əvvəllər məhkum olunmuş şəxslər - Əvəz Cəfərov və Sürəyya Balayeva da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam aparılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












