Qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb - FOTO

Biləsuvarda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.
Avtosfer.az-ın məlumatına görə, daxil olan vətəndaş şikayəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən, "Lalə Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi"nə məxsus "Lalə" kafesində yoxlama keçirib.
Baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın və işçi masaların asan yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma və drenaj sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafedə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu














