Qanunsuz ov ətləri ilə bağlı restoranlara xəbərdarlıq edildi

İctimai iaşə müəssisələrində qanunsuz ov ətlərinin istifadəsi və satışına, həmçinin sanitar-gigiyenik tələblərə uyğunluğuna nəzarət məqsədilə IDEA İctimai Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ölkə ərazisində fəaliyyət göstərən ümumilikdə 581 qida obyektində monitorinqlər keçirib.
Avtosfer.az xəbər verir ki, monitorinqlər zamanı 42 obyektdə qanunsuz ov əti məhsullarından istifadə edilməsi halları müşahidə edilib.
Belə ki, Bakı şəhərində 10 və regionlarda yerləşən 32 müəssisədə ov məhsullarının istehlaka verilməsi faktı müəyyən edilib.
Ümumilikdə monitorinqlər zamanı sözügedən müəssisələrdə qanunsuz ovlanmış vəhşi heyvanların ətləri, habelə “Qırmızı kitab”a daxil edilmiş turac və tirəndaz (oxlu kirpi) ətləri aşkarlanıb. Pozuntularla əlaqədar həmin müəssisələrdə qanunvericiliyə uyğun aparılmış nəzarət tədbirləri çərçivəsində məhsullar möhürlənərək dərhal satışdan kənarlaşdırılıb, həmçinin sanitar pozuntularla bağlı sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati tədbir görülüb.
Eyni zamanda aşkarlanan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub, hazırda müayinələr davam etdirilir.
Qeyd edək ki, monitorinqlər zamanı 7 obyektdə aşkarlanan “Qırmızı kitab”a daxil edilən tirəndaz (oxlu kirpi) və turac ətləri ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən zəruri araşdırma aparılır.
İDEA İctimai Birliyi hər kəsi ekoloji məsuliyyət nümayiş etdirməyə, qanunsuz ovçuluğun qarşısının alınmasına töhfə verməyə və xüsusilə “Qırmızı Kitab”a daxil edilmiş heyvan növlərinin ovlanması, istifadəsi və satışı ilə bağlı qarşılaşdıqda, o cümlədən restoranlarda menyuda qanunsuz ov yolu ilə əldə edilmiş ətlərə rast gəldikdə İDEA İctimai Birliyinin sosial şəbəkə hesablarına göndərməyə və qaynar xətt vasitəsilə məlumat verməyə çağırır.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












