Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı

Sentyabr ayı ərzində 13 klinika barədə inzibati tənbeh tədbiri seçilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsaslanan protokollar tərtib edilib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Avtosfer.az-a bildirilib ki, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı aşkar edilib.
Qeyd olunub ki, bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və müvafiq icraata göndərilib.
Ümilikdə, stomatoloji fəaliyyətlə bağlı cari ilin sentyabr ayı ərzində 7 protokol tərtib edilib. Onlardan 5-i İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə, 2-i isə 215.1-ci maddəsi ilə tərtib edilib.
Bildirilib ki, tibbi və estetik xidmətlər sahəsində qanun pozuntularının aşkarlanması və aradan qaldırılması istiqamətində nəzarət tədbirləri davam etdirilir. AEM vətəndaşların müraciətlərini müəyyən edilmiş qaydada obyektiv və operativ şəkildə araşdırır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görür.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












