Qanunsuz qum-çınqıl hasilatı aparanlara cinayət işi başlandı

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən “Mənəşli” gips yatağında “Cavidan İstehsalat Kommersiya” MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə məxsus karxana, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən Nakim Şərifova məxsus karxananın vəzifəli şəxsləri, habelə Hacıqabul rayonu ərazisində yerləşən 3 saylı RMTM-nin Sabirabad meşəbəyliyində Anar Nəbiyev tərəfindən səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin zəbt edilərək qanunsuz gips, qarışıq süxur və qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 304 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO










