Banner

Qanunsuz saxlanılan silah-sursat aşkar edildi

Xəbərlər 5 Aprel 2025 11:28 Oxunub 188
Qanunsuz saxlanılan silah-sursat aşkar edildi
WhatsApp kanalımıza a|

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 1 tapança, 2 qumbara, 2 qumbaraatan, 2 tüfəng, 56 patron darağı və 1579 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh