Qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürüldü

Xəbərlər 4 Fevral 2025 16:55 Oxunub 168
Qanunsuz saxlanılan silah-sursat aşkarlanaraq götürüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. 

Avtosfer.az xəbər verir ki, bu məlumatı DİN mətbuat xidməti verib. 

Fevralın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 qumbara, 9 alışdırıcı, 16 tüfəng, 4 patron darağı və 210 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh