Banner

Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

Xəbərlər 28 Avqust 2025 11:41 Oxunub 380
Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avqustun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 tüfəng, 2 patron darağı və 21 ədəd patron aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh