Qanunsuz saxlanılan silah-sursat götürüldü
Xəbərlər
19 Noyabr 2025 11:36
Oxunub 216

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi sahəsində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 pulemyot, 8 tüfəng, 2 patron darağı və 410 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














