Banner

Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA - VİDEO

Xəbərlər 13 Noyabr 2026 16:11
Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA  - VİDEO
WhatsApp kanalımıza abunə olun

Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında ilk növbədə heyvanın sağlamlıq statusu, ikinci mərhələdə isə ətin emalı prosesinin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir.

Avtosfer.az xəbər verir ki, bu fikirləri AQTA yanında İctimai Şuranın üzvü, ADA Universitetinin dosenti Asəf Ömərov səsləndirib.

Onun sözlərinə görə, qanunsuz fəaliyyət göstərən və  qeydiyyatsız kəsim yerlərində ət məhsullarının çarpaz çirklənməsi riski daha yüksəkdir. Belə məntəqələrdə heyvan mənşəli tullantıların ətraf mühitə nəzarətsiz yayılması isə ekoloji problemlərə və sanitariya-gigiyena risklərinə səbəb olur.

Asəf Ömərov qeyd edib ki, heyvanın istehlakçının gözü önündə kəsilməsi onun sağlamlığına tam zəmanət vermir. Belə ki, bruselyoz və vərəm kimi bəzi xəstəliklər kliniki əlamətlər olmadan müşahidə edilə bilər. 

“Bütün bu amilləri nəzərə alaraq, heyvanların gigiyenik-sanitariya tələblərinə cavab verən və qeydiyyata alınmış kəsim məntəqələrində kəsilməsi olduqca vacibdir”, – deyə Asəf Ömərov vurğulayıb.

 

Oxunub : 68
ŞƏRH YAZ
Ad

E-mail

Şərh