Banner

Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi

Xəbərlər 4 Noyabr 2026 11:06
Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi
WhatsApp kanalımıza abunə olun

İspaniyanın nəqliyyat naziri Oskar Puente ümumilikdə 115 nəfərin ölümü ilə nəticələnən iki dəhşətli qatar qəzasından sonra istefa verib.

Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, qərarını parlamentdə açıqlayan nazirin sözlərinə görə, bir ildən az müddət ərzində baş verən iki ağır hadisədən sonra bu vəzifənin icrasını davam edə bilməz.

Sonuncu faciəli hadisə oktyabrın 28-də İspaniyanın mərkəzi hissəsində yüksəksürətli qatarın digər qatarla toqquşması nəticəsində qeydə alınıb. Bu hadisədə 69 nəfər ölüb, onlarla insan yaralanıb.

Yanvar ayında isə Əndəlüsdə baş verən oxşar qəzada 46 nəfər həyatını itirmiş, 200-dən çox şəxs xəsarət almışdı.

Puente deyib ki, o, vəzifədən getmək qərarını oktyabrda baş verən qəzadan dərhal sonra qəbul edib. Nazir parlamentdə çıxışı zamanı, həmçinin dəmir yollarında təhlükəsizliyin təmin olunması üçün yeni tədbirlər planını da təqdim edib.

Qeyd edək ki, maşinistlərlə dispetçerlər arasında olan və ictimaiyyətə açıqlanan danışıqların qeydləri göstərir ki, toqquşmadan əvvəl siqnalizasiya sistemindəki nasazlığa görə qatarlar dayandırılıb. Lakin daha sonra qatarlardan birinə qarşıda digər qatarın dayanmasına baxmayaraq, səhvən hərəkəti davam etdirmək icazəsi verilib.

Oxunub : 36
ŞƏRH YAZ
Ad

E-mail

Şərh