Qatarların hərəkəti tamamilə DAYANDIRILDI - Rabitə sistemində nasazlıq var

Norveç hakimiyyəti ölkədə bütün qatarların hərəkətini dayandırıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Norveç dəmir yol hərəkətinin inkişafı və idarə edilməsi üzrə dövlət agentliyinin saytında bildirilib.
Hərəkətin dayandırılması qərarı qatarlar və idarəetmə mərkəzi arasında rabitə sistemində yaranan nasazlıqla bağlıdır.
Problem yerli vaxtla 7:55-də (Bakı vaxtı ilə 10:55) məlum olub. Bundan sonra şirkət bir neçə dəfə görülən işlərin yerli vaxtla saat 20:00-a qədər uzadıldığını elan edib.
Norveçin bəzi şəhərləri dəmir yolu marşrutlarını təkrarlayan avtobusları işə salıb. “Bane Nor” sərnişinləri təyinat yerinə taksi ilə təmin etməyi və ya başqa nəqliyyat vasitələri ilə ora çata bilmədikdə, oteldə yerləşmə haqqını ödəməyi öhdəsinə götürüb. Dəmir yolu əlaqəsinin nə vaxt bərpa ediləcəyi məlum deyil.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












