Qatarların sürətinə dair məhdudiyyətlər müəyyənləşdi

Qatarlar sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalıdır.
Avtosfer.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat”ında əksini tapıb.
Təlimata əsasən, qatarı düzgün olmayan yolla lokomotiv işıqforu ilə idarə edərkən qatarın maşinisti və onun köməkçisi:
- lokomotiv işıqforunun yaşıl işığında infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən belə hallar üçün müəyyən edilmiş sürətlə hərəkət etməli;
- sarı işıqda saatda 50 kilometrdən çox olmayan sürətlə hərəkət etməli;
- sarı-qırmızı işıq göründükdə sürəti saatda 20 kilometrədək azaltmalı və qarşı istiqamətin birinci yol işıqforunun qarşısında dayanmalı;
- qatar sarı-qırmızı işıqda dayandıqdan sonra qatarın maşinisti irəlidəki blok-sahənin qatarla tutulu olduğunu gördükdə və ya bildikdə, blok-sahənin boşaldılmasını, sarı və ya yaşıl işığın görünməsini gözləməli və hərəkəti lokomotiv işıqforunun siqnalı ilə davam etdirməli;
- qatarın maşinisti irəlidəki blok-sahədə qatarın olduğunu bilmədikdə, dayanma və tormozların buraxılması vaxtı ərzində lokomotiv işıqforunda sarı və ya yaşıl işıq görünmədikdə, o, blok-sahənin sonunadək sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, saatda
20 kilometrdən çox olmayan sürətlə hərəkətə yenidən başlamalıdır. Belə hallarda blok sahə ilə hərəkət zamanı lokomotiv işıqforunun qırmızı işığı sarı-qırmızı işığa dəyişildikdə, qatarın maşinisti hərəkəti saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkəti davam etdirə, sarı və ya yaşıl işıq göründükdə isə sürəti saatda 40 kilometrədək artıra bilər;
- blok-sahənin sonunda lokomotiv işıqforunun sarı və ya yaşıl işığında bu siqnalları rəhbər tutaraq hərəkəti davam etdirməli, qırmızı işıq saxlanıldıqda və ya sarı-qırmızı işıq yandıqda qatarın maşinisti yenidən qatarı dayandırmalı və hərəkəti bu Təlimata uyğun olaraq davam etdirməli;
- lokomotiv işıqforunda icazəverici siqnalının yerinə qəflətən sarı-qırmızı, qırmızı və ya ağ işıq göründükdə və ya lokomotiv işıqforunda işıqlar söndükdə qatarın maşinisti sürəti saatda 20 kilometrədək azaltmalı və qatarı blok-sahənin sonuna və ya lokomotiv işıqforunda icazəverici siqnal görünənədək, sonrakı hərəkət üçün maneə ilə qarşılaşdıqda, qatarı dərhal dayandırmağa hazır olmaqla və xüsusi sayıqlıqla, həmin sürətlə idarə etməlidir. Blok-sahənin sonunda lokomotiv işıqforunda sarı-qırmızı, qırmızı və ya ağ işıq saxlanıldıqda və ya lokomotiv işıqforunda işıqlar yanmadıqda sonrakı hərəkət bu Təlimatın tələblərinə uyğun olaraq yerinə yetirilir.
Fuad Nəcəfli istintaqa cəlb edildi
Prezidentdən Naxçıvanla bağlı SƏRƏNCAM: Bir neçə quruma göstəriş verildi
Bakıda limuzinlər üçün parklanma problemi: Ödəniş necə hesablanmalıdır? - FOTO
Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI
Hikmət Hacıyev: Vardanyanla bağlı məhkəmə qərarı 30 illik münaqişənin məntiqi yekunudur
Restoranlar müştərilərin telefonlarının şarj edilməsinə görə ödəniş istəyir? - VİDEO
Aeroport yolunda yeni nəzarət sistemi qurulur - Hərəkət məhdudlaşdırılacaq - VİDEO
Naxçıvandan TRIPP marşrutuna qoşulacaq dəmir yollarında görülən işlərin SON GÖRÜNTÜLƏRİ - VİDEO
"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
İki icra başçısı cəzalandırıldı; birinə töhmət, birinə xəbərdarlıq
General-leytenant komandan da vəzifəsindən gedir










