Qazaxıstan nəqliyyatda Orta Dəhliz üzrə yeni sazişə hazırlaşır

Qazaxıstan hökuməti yaxın zamanda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) gələcək inkişafı üçün hökumətlərarası sazişin hazırlanması istiqamətində işə başlayacaq.
Avtosfer.az xəbər verir ki, bunu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev hökumətin iclasında bildirib.
"TBNM istiqamətində yüklərin çatdırılma müddəti 53 gündən 17 günə düşüb. Tariflər 2023-cü ildən bəri dəyişməyib", - nazir deyib.
O xatırladıb ki, rəqəmsal texnologiyaların tətbiqi sayəsində TBNM ilə yüklərin rəsmiləşdirilmə müddəti 8 saatdan 30 dəqiqəyə endirilib, qatarların hərəkəti onlayn rejimdə izlənilir və "maneəsiz" tranzit təmin edilir.
Marşrutun buraxılış qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər.
TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək.
2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər.(report)
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO












