Qazaxıstan Poti limanında yeni terminal istifadəyə verib

Qazaxıstanın logistika operatoru “PTC Holding” bu ilin aprelində Gürcüstanın Poti dəniz limanında yeni ligistika terminalını istifadəyə verildiyini elan edib. Bildirilir ki, yeni logistika terminalı Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) mühüm infrastruktur hissəsinə çevriləcək.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, terminal 9 hektar ərazini tutur, onun ötürmə qabiliyyəti 20 fut ekvivalentində, ildə 80 min konteynerdən çox olacaq.
Yeni qurğu, həmçinin Rusiyadan yükdaşıma xidmətlərinin genişləndirilməsi strategiyasını həyata keçirməyə imkan verəcək.
Bildirilir ki, Potidəki yeni terminal sadəcə növbəti infrastruktur nöqtəsi deyil, şirkətin qlobal strategiyasının həyata keçirilməsində mühüm mərhələdir. Yeni logistika obyekti rəsmi olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna assosiativ üzv kimi qoşulub və onun işə salınması Asiya ilə Avropanı birləşdirən bütün marşrutun mühüm tərkib hissəsinə çevriləcək.
Terminalın özəlliyi ondan ibarətdir ki, buradakı bütün kommunal xidmətlər (su təchizatı, kanalizasiya, elektrik təchizatı, yanğınsöndürmə sistemi və s.) platformanın altında yerləşib ki, bu da yüklərin zədələnməsi, istənilən qeyri-standart, fövqəladə hallar riskini azaltmağa imkan verir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












