Qazaxıstanda dəmir yolu daşımaları avtomatlaşdıracaq

“Astana Hub”da daşınma və infrastruktur sahəsində startaplar inkişaf edir. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev hökumətin iclasında bildirib. Nazirin sözlərinə görə, bu startaplar yüklərin izlənilməsi, müqaviləli işin idarə edilməsi sistemləri, habelə daşımaların avtomatlaşdırılması və vaqon parkının idarə edilməsi üzrə platformalar yaradır. “Əsas həll yollarından biri daşımaların avtomatlaşdırılması platformasıdır”, - deyə o bildirib. Jaslan Madiyev qeyd edib ki, platforma vaqonları idarə etməyə, planlaşdırmanı avtomatlaşdırmağa və yükü proqnozlaşdırmağa imkan verir. O, vaqon dövriyyəsini 15 faiz artırır. Sistem iri nəqliyyat şirkətlərində tətbiq edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












