Qazaxıstanda sürücüsüz taksi layihəsi həyata keçiriləcək

Qazaxıstanın paytaxtı Astanada sürücüsüz taksilərin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i rəqəmsal aktivlər və qabaqcıl texnologiyalar komitəsinin sədri Gizzat Baytursınova istinadən bildirib.
Müvafiq memorandum Astana akimatı, süni intellekt və nəqliyyat nazirlikləri, eləcə də, "Yandex Qazaqstan" şirkəti tərəfindən imzalanıb.
Qurumdan bildiriblər ki, avtonom texnologiyalar insan faktorunu minimuma endirməklə qəzaların sayını azalda, yol hərəkətini optimallaşdıra və müxtəlif əhali qrupları üçün nəqliyyatı əlçatan edə bilər.
"Bizim üçün təhlükəsizlik, məsuliyyət, insan və alqoritmlərin qarşılıqlı əlaqəsi məsələlərini əvvəlcədən işləmək və belə həllərin qanuni və şəffaf şəkildə inkişaf etməsinə imkan verəcək normativ bazanı hazırlamaq vacibdir. Sürücüsüz taksi - texnologiyaların insanın maraqları üçün çalışdığı daha geniş "ağıllı şəhər" ekosisteminin bir hissəsidir", - qeyd edilib.
Tərəflər layihənin mərhələli şəkildə - sürücülü rejimdən və məhdud testlərdən başladılmasını planlaşdırırlar. Belə format şəhər mühitinin real şərtlərinə uyğunlaşmağa imkan verir./index.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












