"Qazaxlı Alik"in oğluna HÖKM OXUNDU

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az APA-a istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
F. Muradov 6 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, F.Muradov 2023-cü ilin oktyabr ayında saxlanılıb.
Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ona və digər təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri (Hədə-qorxu ilə tələb etmə) ilə ittiham elan olunub.
Cinayət işi üzrə yeddi nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Fuad Muradov "Qazaxlı Alik" ləqəbi ilə tanınan Qarabağ müharibəsi veteranı Arif Muradovun oğludur.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












