Qaziyə əlillik təyin edilməyib? - Rəsmi AÇIQLAMA - FOTO

Salyan rayon sakini, 2002-ci il təvəllüdlü Raqil Ağahüseyn oğlu Hüseynovun əlillik müddətinin başa çatmasına baxmayaraq, yenidən əlillik təyinatı almadığı iddia edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda bildirilir ki, Raqil üç ay hərbi qulluqçu olub və 44 günlük Vətən müharibəsi zamanı ağır yaralanıb. Onun altı ildir əmək qabiliyyətini itirdiyi, 24 yaşının olduğu və əlillik hüququnun, pensiyasının verilmədiyi iddia olunur.
Paylaşımda Raqilin müharibə zamanı aldığı xəsarətlərə dair fotolar da yayımlanıb.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov Oxu.Az-a açıqlamasında bildirib ki, Raqil Hüseynovun əlillik müddəti 27 may 2026-cı il tarixində başa çatıb.
O qeyd edib ki, həmin şəxsin əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb.
Tural Qurbanovun sözlərinə görə, bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir:
"Şəxslə bağlı müvafiq sənədlər (Forma-88) tibb müəssisəsi tərəfindən elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparılsın.
Göndəriş daxil edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












