Qazla işləyən “Cobalt” taksilər saatlarla növbədə qaldı - Nə baş verir? - VİDEO

Bakıda qazdoldurma məntəqələrində növbə yaranıb.
Avtosfer.az-a göndərilən video Babək prospektindəki “Azpetrol” yanacaqdoldurma məntəqəsində çəkilib. Məlum olub ki, günorta saatlarında qeydə alınan bu görüntülərdəki taksilər səhər saatlarından növbəyə durublar. Qazdoldurma məntəqələrində yaranan çətinlik sürücüləri saatlarla növbə gözləməyə məcbur edib.
Əldə etdiyimiz məlumata görə, "Chevrolet Cobalt" markalı avtomobillər Hacıqabulda istehsal olunur, daha çox sahibkarlar tərəfindən alınaraq taksiyə cəlb edilir. Lakin benzinlə taksi işlətmək sərf etmədiyi üçün, sonradan qaz mühərriki quraşdırılır və bu maşınlar hazırda qazla işləyir.
Bu gün səhər saatlarında yaranan çətinliyə görə təxminən 200-dən çox avtomobil növbədə gözləyib. Günortaya qədər 100-dən çox avtomobilə qaz vurulub, bir qismi isə növbə gözləyir. Bu o deməkdir ki, bir sürücü təxminən məntəqədə 2-3 saat vaxt itirib.
Qazdoldurma məntəqələrində yaranmış problemin səbəbi hələ məlum deyil.
Könül Rauf
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













