QDİƏT-in Parlament Məclisinin baş katibi İlham Əliyevi təbrik etdi

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Sizi böyük sülh qələbəsi münasibətilə ürəkdən təbrik edirəm.
Siz müstəqil Azərbaycanın tarixinə növbəti parlaq səhifə yazdınız. Bu sülh qələbəsinin kökündə Sizin dərin siyasətiniz, yüksək təhsiliniz və intellektiniz, incə diplomatiyanız, uzaqgörənliyiniz, Azərbaycana və onun mənəvi dəyərlərinə olan məhəbbətiniz dayanır.
Hələ 2003-cü ildə Siz Azərbaycanın Prezidenti seçilərkən demişdiniz ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə predmeti ola bilməz. İllər göstərdi ki, Siz verdiyiniz sözlərə hər zaman sadiq qalırsınız və ona görə də bu gün dünyada praqmatik, öz sözünə sadiq qalan Lider kimi qəbul olunursunuz.
Sizin rəhbərliyiniz altında Müzəffər Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsində qalib gəldi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.
Bu günlərdə Siz ABŞ-də sülh bəyannaməsini imzalayaraq 30 ildən çox davam edən münaqişəyə son qoydunuz. Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda həyatlarını itirən oğul və qızlarımız qarşısında baş əyir.
ABŞ-nin Prezidenti Donald Trampın sülh bəyannaməsinin imzalanması mərasimində Sizin haqqınızda dediyi xoş sözlər hər bir azərbaycanlı üçün böyük şərəfdir. Bu, Sizin uzun illər apardığınız siyasətə verilən yüksək qiymətdir.
Sizin fəaliyyətiniz nəticəsində əldə olunan razılaşma sadəcə iki dövlət arasında sülhün təntənəsi deyil, bu, həm də regionumuz üçün böyük nailiyyətdir və bölgəyə inkişaf, firavanlıq gətirəcəkdir. Azərbaycan dünyanın siyasi xəritəsində kiçik dövlət olsa da, Sizin siyasətiniz nəticəsində ölkəmiz dünyanın siyasi xəritəsində xüsusi yerə malikdir. Siz həyata keçirdiyiniz siyasətlə dünyanın aparıcı siyasətçiləri sırasında özünəməxsus yer tutursunuz və hər bir azərbaycanlı bununla fəxr edir.
Sizi bir daha böyük qələbə münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı və fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq












