"Qəbul yerləri artırılmalı, regionlarda yeni universitetlər yaradılmalıdır" - Naqif Həmzəyev

“Biz qəbul yerlərini 80-100 minə çatdırmalıyıq. Narazılıqlar ortaya çıxır, abituriyentləri xaricdə təhsil adı ilə aldadırlar, elə universitetlərə göndərirlər ki, onun diplomu burada tanınmır”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında bildirib.
Millət vəkili deyib ki, ondansa, Azərbaycanın rayonlarında, regionlarda özəl universitetlər yaratmaq lazımdır: “Ən azından bilək ki, 4 ildə milli kadr yetişdiririk, xarici qüvvələrin təsiri altına düşməyəcək. Elm və Təhsil Nazirliyini hətta məcbur edək ki, qəbul yerlərini artırsın. Bəzi məqamlarda bizim abituriyentlərin hüquqları pozulur. Alternativ biliyi müəyyənləşdirən testlər var, beynəlxalq standartlara cavab verir. Azərbaycanda bir neçə universitet bu testlər nəticəsində əldə edilmiş sertifikatla abituriyent qəbul edir. Ancaq burada hüquqlar pozulur. Saxta sertifikatları bizim aidiyyəti qurumlar müəyyənləşdirə bilmir. Nəticədə ədalətli bal toplayan Azərbaycan övladları həmin universitetlərə qəbul ola bilmir. Bu məsələyə dövlət əl qoymalıdır, aidiyyəti qurumlar nəzarət etməlidir.
İkincisi, digər universitetlərimiz alternativ yollarla tələbə qəbuluna start verməlidir. Naxçıvanın elə böyük potensialı var ki, orada hələ 5 universitet yaradıla bilər. Yollara baxırsan, infrastruktura baxırsan, adam həsəd aparır. Deyirsən, kaş Bakı da Naxçıvan kimi olsun, tıxac yoxdur, qiymətlər çox ucuz. Adamın köçüb Naxçıvanda yaşamağı gəlir. Naxçıvanda universitetlər artırılsın ki, tələbələrimiz gedib Naxçıvanda oxusun”.
Deputatın sözlərinə görə, sərnişinlərin də hüquqları pozulur: “Aidiyyəti qurumlar bir problemi həll edirlər, adamın ürəyi açılır, ancaq əlavə problem ortaya çıxır. İctimai nəqliyyat inkişaf etdirilir, avtobuslar alınır, avtobus yolu çəkirlər, hər şey superdir. Ancaq digər tərəfdən şəxsi avtomobillə öz problemini həll etmək istəyən insanlara çətinlik yaranır. Eyni problemi bu gün Gəncədə də görə bilirik. Gəncədə yol problemi var idi, indi dövlətin dəstəyi ilə yollar bərpa olunur. Ancaq balaca yolda avtobus zolağı çəkiblər, orada onsuz da 2 avtomobil zülmlə keçir. Bakıdakı tıxac bu gün Gəncəyə gedib çıxıb. Aidiyyəti qurumlara səslənirəm, qaş düzəldən yerdə, vurub göz çıxartmayaq. Bakı və Gəncə bir ola bilməz. İnsanların, xüsusilə sərnişinlərin hüquqlarını pozmayaq, həll yolları axtaraq”.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










