Qənimət Zahidin barəsində olan ittiham aktı elan edildi

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Qiyabi məhkəmə prosesi qapalı keçirilir.
Növbəti proses dekabrın 23-də davam edəcək.
Qeyd edək ki, Qənimət Səlim oğlu Zahid Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
İttihama görə, Qənimət Zahid 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












