Qənimət Zahidin məhkəmə araşdırması başladı

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 16-na təyin edilib.
Qeyd edək ki, Zahidov Qənimət Səlim oğlu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintadan gizləndiyi üçün barəsində axtarış elan edilib. Bakı şəhər Səbail rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkən tədbiri seçilib.
İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsi ilə Qənimət Zahidov 20 oktabr 2025-ci il tarixdə istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib.
Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən təqsirləndirilən Qənimət Zahidov barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən 18 sentyabr 2025-ci il tarixdə Q. Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb.
İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












