Qərar vermək asandır, onu həyata keçirmək çətindir - Misir Mərdanov

"Əgər müəllimlərin vahid forma geyinməsinə nail ola bilsək, çox yaxşı olar. Qərar vermək asandır, onu həyata keçirmək çətindir. Əgər buna nail ola bilsək, hər halda təhsil sistemində nizam-intizamın, adət-ənənələrin bərpası istiqamətində müsbət irəliləyişlər ola bilər. Yaxşı haldır ki, belə qərar qəbul olunub. Mən əminəm ki, bu, təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər".
Avtosfer.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov deyib
O, daha sonra təhsilin keyfiyyətinə mane olan nüanslardan danışıb:
"Nizam-intizam möhkəm olarsa, bu, təhsilin keyfiyyətinə də təsir edə bilər. Ancaq keyfiyyət bir az başqa məsələdir. Keyfiyyətin artması üçün ilk növbədə sayı artırmaq yox, keyfiyyəti düşünmək lazımdır. Bilmək lazımdır ki, artırdığın say harada oxuyacaq, keyfiyyətli təhsil almaq üçün həmin ali məktəbin imkanı varmı?
Bizim indi bəyənmədiyimiz Sovet ölkəsində belə bir qayda var idi ki, bir ali məktəbə yeni ixtisas vermək üçün Moskvadan komissiya gəlib yoxlayırdı ki, görək, bu ali məktəbdə həmin tələbələrə dərs deyəcək müəllim varmı? Sinif otağını, laboratoriyanı yoxlayandan sonra həmin ali məktəbə o ixtisası verirdilər.
Təəssüf ki, mən işlədiyim dövrdə də, ondan sonra da bu məsələlərə lazımi ciddiyyətlə əməl olunmadı. İndi də həmin qayda davam edir. Bir ali məktəbə 50 nəfər tələbə artırmaq üçün həmin ali məktəbin imkanı olmalıdır. Yoxsa "mən istədim, sən də verdin" olmaz. Bu, keyfiyyətə mənfi təsir göstərər", - deyə Misir Mərdanov bildirib.
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı












