"Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyirik" - Nazir müavini

Azərbaycan Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyir.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, həmin şirkətlərin ətrafında daha geniş ekosistem formalaşa bilər: "Təbii ki, Almaniya şirkətlərini də onların arasında görməkdən çox məmnun olarıq. Hər bir tərəfdaşlıqda biz təkcə kapital deyil, daha çox başqa məqamlar axtarırıq. Məsələn, texnologiya, əməliyyat təcrübəsi və bilik mübadiləsi. Əminik ki, Almaniya bütün bunlara sahibdir".
Nazir müavini qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi geniş imkanlar yaradır: "Onun üzərində fiziki və rəqəmsal olaraq quracağımız isə coğrafi mövqenin bizim üçün dəyərini müəyyən edəcək. Orta Dəhlizlə mallarınız tədarük olunur. Rəqəmsal dəhlizlə isə məlumatlarınız ötürüləcək".
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












