QHT-lər bulvar xətti boyunca veloyürüş keçirdi - FOTO

Azərbaycan Milli QHT Forumu (AMQF) sağlam həyat tərzinin təbliğinə QHT-lərin səfərbər edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Avtosfer.az xəbər verir ki, noyabrın 30-da Bakıda- Dənizkənarı bulvarda “QHT-lər sağlam həyatın keşiyində” şüarı ilə veloyürüş təşkil edilib, "Hərəkətdə ol, sağlam yaşa" mesajı verilib.
Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu tədbir AMQF-nin “Artıq çəki və passiv həyat tərzi”, “Rəqəmsal sağlamlıq”, “Genetik təsirlər, irsi xəstəliklər”, “Aktiv fiziki fəaliyyət və sağlam psixoloji vəziyyət” mövzularında son vaxtlar həyata keçirdiyi maarifləndirici işlərin davamıdır.
Su İdman Sarayından Bayraq Meydanınadək olan bulvar xətti boyunca baş tutan veloyürüşdə müxtəlif QHT təmsilçiləri bir araya gəlib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının məşqçisi Səhər Mehman velosipedin sadə, əlçatan və sağlamlıq üçün ən təsirli fəaliyyətlərdən biri olduğunu qeyd edib.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev velosipedin üstünlüklərinə toxunub: “Velosiped həm idman, həm də gündəlik həyat üçün rahat və faydalı nəqliyyat vasitəsidir. Bu vərdiş həm fərdi sağlamlığa, həm də şəhər mühitinə müsbət təsir edir”.
Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzini təşviq edən sosial təşəbbüsləri davam etdirəcək./azərtac
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS



















