Qış mövsümündə Bakı aeroportundan 70-dən çox istiqamətə uçuşlar həyata keçirilir

Heydər Əliyev Beynəlxalq Aeroportu qış mövsümündə Avropa, Yaxın Şərq, Asiya, MDB və regional istiqamətləri əhatə edən geniş uçuş şəbəkəsi ilə Bakını beynəlxalq hava nəqliyyatı sisteminə bağlamağa davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Bildirilib ki, hazırda hava limanından 35-ə yaxın aviaşirkət vasitəsilə 70-dən artıq beynəlxalq və regional istiqamətə müntəzəm reyslər yerinə yetirilir. Mövcud uçuş şəbəkəsi turizm, biznes və tranzit səyahətləri üçün çevik və etibarlı imkanlar yaradır.
Türkiyə istiqamətləri üzrə İstanbul, Antalya, İzmir, Ankara, Mersin və Trabzon şəhərlərinə uçuşlar həyata keçirilir.
Yaxın Şərq regionu üzrə Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Bəhreyn, Ciddə və Dammam, eləcə də istirahət məqsədli səyahətlər üçün Şarm əş-Şeyx və Male istiqamətləri mövcuddur.
Avropa marşrutları üzrə London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava və Praqa şəhərlərinə müntəzəm reyslər icra olunur.
Mərkəzi və Cənubi Asiya istiqamətləri üzrə Daşkənd, Səmərqənd, Ürgənc, Bişkek, Düşənbə, həmçinin Çinin Pekin və Urumçi şəhərlərinə uçuşlar qış mövsümündə də davam etdirilir.
Qeyd olunan istiqamətlər üzrə uçuşlar AZAL, "Turkish Airlines", "Air Astana", "FlyArystan", "Air Arabia", "Lufthansa", "Qatar Airways", "China Southern", "Wizz Air", "Polish Airlines" və digər aparıcı beynəlxalq aviaşirkətlər tərəfindən yerinə yetirilir.
Sərnişinlər qeyd olunan istiqamətlər üzrə aviabiletləri müvafiq aviaşirkətlərin rəsmi internet saytları vasitəsilə bron edə bilərlər.
Heydər Əliyev Beynəlxalq Aeroportu mövsümdən asılı olmayaraq geniş marşrut şəbəkəsi və beynəlxalq tərəfdaşlıqları ilə regionda hava nəqliyyatı əlaqələrinin gücləndirilməsinə və sərnişinlər üçün rahat səyahət imkanlarının artırılmasına töhfə verməyə davam edir.
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO
Avtobusu sürməkdən imtina edən sürücü hələ iş başındadır? - AÇIQLAMA
Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur
DYP-dən nasaz avtomobil sahiblərinə - MÜRACİƏT
Bakıda kütləvi dava ölümlə nəticələndi – ANBAAN GÖRÜNTÜLƏR
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?












