“Qış Parkı” yeraltı parklanma ərazisi “Parkzone” sistemi ilə tam şəkildə avtomatlaşdırıldı - FOTO

“Parkzone” tərəfindən “Qış Parkı” ərazisində müasir parklanma sisteminə keçid etmək üçün aparılan təmir və quraşdırma işləri uğurla başa çatıb.
"AzParking" MMC-dən Avtosfer.az-a verilən məlumata görə, nömrə tanıma əsaslı, avtomatlaşdırılmış sürətli keçid texnologiyası və onlayn ödəniş imkanları ilə “Qış Parkı” yeraltı parklanma ərazisində sürətli və rahat şəkildə parklanma etmək mümkündür.
Artıq terminal önündə gözləmədən, avtomatik açılan şlaqbaumlar vasitəsilə parklanma ərazisinə təmassız giriş və çıxış, “AzParking” mobil tətbiqi ilə sürətli ödəniş imkanı əldə edəcəksiniz.
Parklanma ödənişlərini “AzParking” mobil tətbiqində “Digər parkinqlər” bölməsinə daxil olub, parklanma etdiyiniz ərazini seçərək qısa zamanda ödəyə bilərsiniz. Onu da nəzərinizə çatdıraq ki, “Qış Parkı” parklanma ərazisi çoxsaylı avtomobil tutumu ilə ölkədə ən böyük yeraltı parklanma məntəqəsidir.
"Bu müddət ərzində göstərdiyiniz səbir və anlayış üçün dərin təşəkkürümüzü bildiririk".

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












