Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub.
Avtosfer.az APA-ya istinadən bildirir ki, 5 saylı Yol İstismarı İdarəsinin İspik-Xınalıq yol sahəsinin iş icraçısı Bilal Sultanovun sözlərinə görə, artıq Xınalıq kəndinin rayon mərkəzi ilə gediş-gəlişi təmin edilib.
Sel sularının yolda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.
***19:24
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.
Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.
Sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.
Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.
***12:40
Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.
Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











