Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir

SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı yekun çıxış edib.
Prokuror bildirib ki, Ramin İsayevə xüsusilə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma maddələri ilə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla ona qeyd olunan maddələrin sanksiyasının yuxarı həddindən cəza təyin edilməli, konkret olaraq 15 il müddətinə azadlıqdan məhrum edilməlidir.
Bundan əlavə, İsayevin üzərinə həbs qoyulmuş çoxsaylı əmlaklarının da müsadirə olunması istənilib.
Hakim Vüqar Quliyev müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə 1 həftə vaxt verib.
Qeyd edək ki, sabiq “SOCAR-AQŞ” rəhbəri 2 il əvvəl-2023-cü ilin iyulunda Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, həmin vaxtdan həbsdədir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












