Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.
Avtosfer.az Gununsesi.info-ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək.
Bildirilib ki, Ramiz Mehdiyev və Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının əvvəlcə bu həftənin ilk günlərində keçirilməsi nəzərdə tutulsa da, texniki səbəblərdən proses baş tutmayıb.
Bu səbəbdən məhkəmə iclası oktyabrın 16-na təyin edilib.
Xatırladaq ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham olunur.
Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












