Rasim İldırımın işində məhkəmə istintaqı yekunlaşdı

Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə davam etdirilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə işin istintaqını araşdıran müstəntiq Kamran Əliyev ifadə verib.
Onun sözlərinə görə, qərarlarda iltizam alınması ilə bağlı imzaların yazılmasında fərqli olması mexaniki səhv olub.
Daha sonra məhkəmə istintaqı yekunlaşıb.
Dövlət ittihamçısı Tural Yaqubov fevralın 10-da etdiyi çıxışı müdafiə etdiyini bildirib.
Belə ki, dövlət ittihamçısı Rasim İldırımın, Zaur Mirzəzadənin və Qoşqar Məmmədovun ayrılıqda 12 il müddətinə həbs olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə zalından həbs olunmasını məhkəmədən istəmişdi.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər və təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.
Məhkəmənin növbəti iclası mayın 25-nə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul edilib.
Bunun səbəbi iş materiallarında bəzi sənədlərdə qaranlıq məqamların qalması ilə izah olunub. Hakim təklif edib ki, bu halları araşdırmağa ehtiyac var.
Məhkəmə istintaqının təzələnməsi və həmin sənədlərin araşdırılması ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












