Rasim İldırımla birgə onların da - 12 il həbsi tələb edildi - YENİLƏNİB

Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, sayt rəhbəri Zaur Mirzə-Zadə və iş adamı Qoşqar Məmmədovun bir ildən çoxdur davam edən məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bugünkü prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Prokuror müttəhimlərin üçünün də xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinmələrini, hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum edilmələrini və məhkəmə zalında həbs olunmalarını tələb edib.
Zərərçəkmiş tərəf də bu tələblə razılaşıb. Dəşmiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərin qanuni şəkildə cəzalanmalarını xahiş edib.
Müdafiə tərəfinə çıxışa hazırlanmaları üçün fevralın 24-nə kimi vaxt verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər iş adamı Qurban Piriyevi rayonlardan birinə icra başçısı təyin edəcəkləri vədi ilə aldadıblar. Bunun müqabilində ondan 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları alıblar.
***11:33
Yarım milyondan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırım, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı Rasim İldırımın, Zaur Mirzəzadənin və Qoşqar Məmmədovun ayrılıqda 12 il müddətinə həbs olunmasını, barələrindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalından həbs olunmasını məhkəmədən istəyib.
Növbəti proses 24 fevral saat 12:30-a təyin olunub.
Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
Londondan Dehliyə uçan təyyarə Bakıda məcburi eniş etdi
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yolda məhdudiyyət tətbiq edildi; bu küçələrdə sıxlıq yarandı
Müğənni Dəniz Əsədova hakim qarşısında - FOTO
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
İlham Əliyev Əbu-Dabidəki mərasimdən görüntülər paylaşdı - VİDEO
Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirilir - FOTO - VİDEO - YENİLƏNİB
İlham Əliyev müraciət ünvanladı
Onlar Bakıya buraxılmayacaq - QƏRAR
Yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? - VİDEO











