Regional kollecdə YENİ TƏYİNATLAR - FOTO

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.
O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirib.
Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində "İngilis dili" ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022-2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən "Təhsilin təşkili və idarə olunması" ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010-2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.
Aslan Quliyev Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimi" ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə "Təhsilin təşkili və idarə olunması" magistr proqramında təhsilini davam etdirir. 2017-2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib. Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












