Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək

Rəqəmsal səyyahlara işgüzar səfər vizası veriləcək.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlara dəyişiklik layihəsində əksini tapıb.
Rəqəmsal səyyah rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.
Layihəyə görə, dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiq edən sənəd rəqəmsal səyyahlara verilən işgüzar səfər vizası üçün tələb olunmayacaq.
İşgüzar səfər vizasının alınması ilə əlaqədar müraciət edən rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Əcnəbi və vətəndaşlığı olmayan rəqəmsal səyyaha Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə verilə bilinəcək. Rəqəmsal səyyaha münasibətdə bu hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunacaq ki, rəqəmsal səyyah vergi orqanında qeydiyyata (uçota) alınmaqla texnologiyalar parkının rezidenti olaraq göstərilən fəaliyyətləri həyata keçirəcək.
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə alınması üçün rəqəmsal səyyah həmin fəaliyyəti həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 13 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Rəqəmsal səyyahlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə ərizəçinin müraciətində göstərilən, lakin 3 (üç) ildən artıq olmayan müddətə veriləcək və müvafiq əsas olduqda, hər dəfə 3 (üç) ildən çox olmayan müddətə uzadıla biləcək.
Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün rəqəmsal fəaliyyətləri həyata keçirməsini və xarici mənbələrdən son 6 (altı) ay müddətində minimum aylıq əməkhaqqının 26 misli miqdarından az olmayan məbləğdə orta aylıq sabit gəlirinin olmasını təsdiq edən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.
Qeyd edək ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi müvafiq icra hakimiyyəti orqanlarının mütəxəssislərindən ibarət komissiya tərəfindən yoxlanılır. Bu hal rəqəmsal səyyahlara şamil edilməyəcək.
"Sosial sığorta haqqında" haqqında qanuna təklif edilən dəyişikliyə görə rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.
Qanun qəbul ediləcəyi halda 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












