"Rəqəmsallaşma dövründə praktik bacarıqlar xüsusilə vacibdir" - Fərid Osmanov

Rəqəmsallaşma dövründə praktik bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov "IT SkillSprint" proqramının açılış mərasimində deyib.
Onun sözlərinə görə, "IT SkillSprint" beynəlxalq təhsil proqramı intensiv təlim və inkişaf proqramına dair nümunədir: "Məlum olduğu kimi, Prezidenti İlham Əliyev fevralın 11-də keçirilmiş və rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovativ ekosistemin inkişafına həsr olunmuş müşavirədə bu istiqamətdə mühüm tapşırıqlar verib. Yeni rəqəmsal inkişaf arxitekturasında ən vacib elementlərdən biri güclü insan kapitalıdır. Rəqəmsallaşma yalnız texnoloji infrastrukturun qurulması və yaxud tətbiqlərin hazırlanması deyil. Əsas məsələ həmin texnologiyaları yaradan, inkişaf etdirən, davamlı şəkildə idarə edən bilikli, bacarıqlı və yüksək ixtisaslı insan resursları formalaşdırılmasıdır. Bu gün insan kapitalı strateji inkişafın fundamental dayağıdır".
F.Osmanov vurğulayıb ki, rəqəmsallaşma dövründə yalnız nəzəri biliklər deyil, praktik bacarıqların formalaşdırılması xüsusi əhəmiyyət daşıyır: "Real layihələrdə və simulyasiya mühitlərində iştirak tələbələrin əmək bazarına hazır şəkildə çıxmasına imkan yaradır. Ötən dövrdə 10 mindən artıq tələbə müxtəlif təlim proqramlarına cəlb edilərək əmək bazarına təqdim olunub. Bəzi tərəfdaşlıq layihələrimizdə işə qəbul göstəricisi artıq 90 %-ə çatır".
O əlavə edib ki, "IT SkillSprint" proqramı fevral ayında başlayacaq, iyul ayına qədər davam edəcək: "Dövlət qurumlarının və universitetlərin dəstəyi ilə kreditlərin qarşılıqlı tanınması imkanı yaradılıb. Məqsədiniz maksimum dərəcədə təlimə fokuslanmaq və təqdim olunan nəzəri və praktik biliklərdən tam yararlanmaq olmalıdır".
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












