Rəqsanə əri ilə birgə çəkildiyi klipdən kadrlar paylaşdı - VİDEO

On gün əvvəl azadlığa çıxan müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında yeni klipinin görüntülərini paylaşıb.
Avtosfer.az xəbər verir ki, klipdə onun həyat yoldaşı Fazil Əmiraslanov da yer alıb. Müğənninin “Elə darıxmışam ki” adlı mahnıya çəkdirdiyi klipdə əri pilot obrazındadır. Klipin yayım tarixi açıqlanmayıb.
Bu, Rəqsanənin həbsdən sonra paylaşdığı ilk post olub. Belə ki, ifaçı hekayə bölümündə məlumatlar paylaşsa da, ana səhifəni həbs edildiyi avqust ayından bəri yeniləmirdi.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunurdu. Eyni zamanda Fazil Əmiraslanov da cinayət məsuliyyətinə cəlb edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi.
Sosial şəbəkələrdə yayılan iddialarda R.İsmayılova ilə həyat yoldaşının ayrıldığı deyilirdi. Bu iddiaların yaranmasına səbəb isə müğənninin azadlığa çıxdığı gün Fazil Əmiraslanovun onun yanında görünməməsi olub.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












