Rəşad Nəbiyev: "Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır"

"Telekommunikasiya sahəsində bu nüfuzlu beynəlxalq forumun ilk dəfə olaraq Cənubi Qafqazda və Mərkəzi Asiyada məhz Azərbaycanda keçirilməsi mühüm bir mərhələdir".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimində deyib.
O bildirib ki, bu, Azərbaycanla Beynəlxalq Telekommunikasiya İttifaqı arasında uzunmüddətli və səmərəli əməkdaşlıq ənənələrini əks etdirir və ölkəmizin qlobal rəqəmsal inkişaf sahəsində aparıcı mövqeyə malik olduğunu açıq şəkildə göstərir:
"Bu konfransın məqsədi - telekommunikasiya və informasiya texnologiyaları sahəsində dünyanın müxtəlif bölgələrindən tənzimləyici qurumları, beynəlxalq təşkilatları və maraqlı tərəfləri bir araya gətirərək inklüziv və davamlı rəqəmsal transformasiyanın təşviqi, rəqəmsal əlçatanlığın genişləndirilməsi üzrə strategiyaların və tənzimləyici çərçivələrin təkmilləşdirilməsi mövzularında müzakirələri gücləndirməkdir".
Rəşad Nəbiyev vurğulayıb ki, dünya artıq yeni rəqəmsal eraya daxil olub:
"Bu gün texnoloji inkişaf və rəqəmsallaşma ölkələrin inkişaf səviyyəsini müəyyən edən və bəşəriyyətin gələcəyini formalaşdıran əsas amillərdən birinə çevrilib. Təəssüf ki, rəqəmsal dünyanın bu qədər irəlilədiyi bir dövrdə hələ də iki milyarddan çox insan internetə çıxış imkanından məhrumdur. Müasir dünyada heç bir ölkə və heç bir fərd rəqəmsal gələcəyin kənarında qalmamalıdır. Bu məsələnin təmin edilməsi bizim ümumi məsuliyyətimizdir.
Azərbaycanın qeyri-neft iqtisadiyyatında kommunikasiya texnologiyaları sahəsi aparıcı qüvvəyə çevrilib və son dörd il ərzində strateji inkişaf tempini qoruyub-saxlayıb. Bütün bunlar süni intellektin inkişafı, kibertəhlükəsizliyin gücləndirilməsi və rəqəmsal infrastrukturun genişləndirilməsi istiqamətində ardıcıl səylərlə dəstəklənib. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik memarlığının əsas sütunlarından biridir.
"Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf üzrə Milli Prioritetlər" sənədinə uyğun olaraq, rəqəmsal iqtisadiyyatın inkişafı ölkəmizin əsas strateji istiqamətlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, dövlət və özəl sektor arasında əməkdaşlığa xüsusi önəm veririk".
O əlavə edib ki, Azərbaycan 100% genişzolaqlı internet təminatı ilə regionda lider mövqedədir:
"Ölkəmiz rəqəmsal identifikasiya sahəsində də öncül ölkələr sırasındadır. SİMA adlanan biometrik rəqəmsal imza sistemi artıq 3.6 milyon istifadəçi tərəfindən tətbiq olunub və 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya edilib. Azərbaycanın BMT-nin Dövlət İnkişafı İndeksinin ən yüksək kateqoriyasına daxil olması təsadüfi deyil. Hədəfimiz növbəti beş il ərzində bu indeks üzrə ilk 40 ölkə sırasına daxil olmaqdır.
Bu gün Bakı təkcə qlobal telekommunikasiya qovşağı deyil, həm də rəqəmsal sahədə beynəlxalq əməkdaşlıq mərkəzidir".
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












