Rəşad Nəbiyev: "Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq"

"Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq".
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyük rol oynaya bilər: "Biz artıq son beş il ərzində bu gündəliyi irəli aparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə də təsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam - İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan arasında. Yəni artıq ortaya qoyuldu ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.
Biz bunu mövcud dəhlizlərə alternativ kimi görmürük, əksinə inanırıq ki, bu, əlavə bir arteriya olacaq və müəyyən dövrlərdə hava və digər şərait imkan vermədikdə mühüm əhəmiyyət kəsb edəcək. Məsələn, daha çox yük daşınmasına şərait yaradacaq. Ümumilikdə isə təqribən 15 milyon ton əlavə yük dövriyyəsi təmin olunacaq".
"Lakin mən burada əsas məqamı vurğulamaq istəyirəm: biz bunu yalnız tranzit marşrutu kimi görmürük. Biz bunu həm də həmin dəhliz boyunca yerləşən ölkələrin qarşıdakı illərdə firavanlaşması üçün bir yol kimi dəyərləndiririk", - deyə nazir qeyd edib.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












