Rəşt–Astara dəmir yolu: İran və Azərbaycan üçün yeni tranzit imkanları

İran iqtisadiyyatının çətin olmasına baxmayaraq, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Rəşt-Astara dəmir yolunun tikintisini davam etdirəcək. Bu, İran üçün olduqca əhəmiyyətli bir yoldur. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətləri üçün də mühüm xarakter daşıyır. Təsadüfi deyil ki, çətinliklərə baxmayaraq, bu günlərdə İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi Azərbaycanda səfərdə olaraq Rəşt-Astara yolunun tikintisi məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə edib.
Bu sözləri müsahibəsində İranda fəaliyyət göstərən İntellektual İdarəetmə Mərkəzinin rəhbəri, beynəlxalq iqtisadiyyat üzrə ekspert Seyid Taha Hüseyn Madani deyib. Onun fikrincə, qitələr arasındakı nəqliyyat əlaqələrinin qurulmasında İranın Çabahar limanının əvəzolunmaz rolu ondan ibarətdir ki, bu liman vasitəsilə Asiyadan Avropaya və əks istiqamətə yüklərin daşınması daha tez və daha ucuz başa gəlir. İrandan Azərbaycan və Rusiyaya daşınan yüklər asanlıqla Avropaya çatdırılır. Limandan dünya iqtisadiyyatına daha çox töhfə verən Hindistan, Çin, Yaponiya və Cənub-Şərqi Asiyanın 15-dən çox dövləti istifadə etmək qərarına gəlib ki, bu da təsadüfi xarakter daşımır. Yük daşımalarının tez və ucuz başa gəlməsi ilə yanaşı, təhlükəsizlik də vacib amildir. Hindistanın Mumbai limanından yüklərin Çabahara, oradan isə Azərbaycan və Rusiya ərazisindən Avropaya daşınması daha təhlükəsizdir. Bunun üçün isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun istismara buraxılması vacibdir. Bu yolun Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istifadəyə verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir.
“Nəzərə çatdırmaq lazımdır ki, bu yoldan yalnız Rusiya deyil, keçmiş SSRİ-nin bütün respublikaları istifadə edə bilər. Latviya, Litva, Estoniya, Belarus, Ermənistan, Gürcüstan, Azərbaycan, İran, Türkiyə Asiya qitəsi ilə bu dəhliz vasitəsilə iqtisadi əlaqələr qurmaq imkanındadırlar”, - deyə ekspert vurğulayıb. O əlavə edib ki, “Yaponiyanın “Asian Review” analitik mərkəzinin hesabatında İran ərazisindəki Rəşt-Astara dəmir yolunun tikilib istifadəyə verildikdən sonra Hindistanın Mumbai limanından başlayaraq Finlandiyanın limanlarında başa çatan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin dünyanın ən gəlirli nəqliyyat dəhlizi olacağı deyilir.
Ekspert hesab edir ki, İran və Azərbaycan isə geniş infrastruktur yaradaraq tranzit ölkələr kimi çıxış edərək həm iqtisadi dividendlər, həm də siyasi dəstək qazanacaqlar./azərtac
Xalq artisti Tofiq Bakıxanov VƏFAT EDİB
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO










