"Revanşist qüvvələr sülh prosesini pozmağa çalışırlar" - Hikmət Hacıyev

"Euronews" telekanalı Dubayda keçirilən Ərəb Media Forumunun yekunlarına dair material hazırlayıb və həmin materialda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı ilə İrəvan arasındakı sülh prosesi barədə danışıb.
Avtosfer.az xəbər verir ki, telekanal H.Hacıyevin Ermənistanla sülhə nail olmağın "çətin mübarizə" olduğu barədə sözlərini sitat gətirib.
Bununla yanaşı, o, Azərbaycanın öz ərazisində xristian irsinin qorunmasına sadiq olduğunu vurğulayaraq, bunun ölkə tarixinin bir hissəsi olduğunu qeyd edib.
"Rəsmi Bakı xəbərdarlıq edir: Ermənistandakı və erməni diasporundakı revanşist qüvvələr "əvvəlkitək güclüdür" və keçmiş rəqiblər arasındakı tarixi sülh prosesini pozmağa çalışırlar", - deyə məqalədə vurğulanır.
"İndi biz müharibəni qazanmışıq, lakin biz sülh dövründə də qalib gəlirik, bu isə asan məsələ deyil. Qarabağın və Şərqi Zəngəzurun işğalının bütün illəri ərzində məscidlərimiz, islam mədəni irsimiz Ermənistan tərəfindən tamamilə məhv edilib - hətta məscidlərə donuzlar salınırdı", - "Euronews" H.Hacıyevin sözlərini sitat gətirib.
Telekanalın məlumatına görə, çıxışı zamanı H.Hacıyev həmçinin qeyd edib ki, Azərbaycanın islam sivilizasiyasına mənsub olmasına baxmayaraq, ölkədə üç din - islam, xristianlıq və iudaizm mövcuddur, məscidlər, kilsələr və sinaqoqlar fəaliyyət göstərir.
"Azərbaycan öz suveren ərazisində xristian irsinin qorunmasına sadiqdir, çünki bu, bizim mədəni irsimizdir", - telekanal H.Hacıyevin sözlərini sitat gətirib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












