RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, mövcud əməkdaşlıq potensialından daha səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Görüş zamanı Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü, Strateji Tərəfdaşlıq Xartiyasının nəqliyyat və süni intellekt istiqamətləri üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, ölkəmizdə həyata keçirilən nəqliyyat infrastrukturu layihələri, süni intellekt, data mərkəzləri və digər prioritet sahələr üzrə təşəbbüslərdə ABŞ şirkətlərinin iştirak imkanları nəzərdən keçirilib.


Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












