RİNN-də “CITIC Group” şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çinin ən iri dövlət şirkətlərindən biri olan “CITIC Group”un vitse-prezidenti Benjamin Baonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə Bakıda həyata keçirilməsi nəzərdə tutulan süni intellekt hesablama platforması layihəsi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. Mərhələli şəkildə həyata keçirilməsi və ilkin gücünün 1 GVt-a qədər olması nəzərdə tutulan platforma ilə bağlı “CITIC Group”un potensial tərəfdaş, o cümlədən maliyyələşdirmə və tikinti-quraşdırma işlərinin icrasında iştirakçı qismində cəlb olunması məsələsi müzakirə mövzularından biri olub.
Həmçinin “AZCON Holdinq”in nəqliyyat, rabitə və Milli Süni İntellekt Mərkəzi üzrə layihələri çərçivəsində “CITIC Group”la əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş Bakıda rəqəmsal iqtisadiyyatın inkişafı və beynəlxalq strateji tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
“CITIC Group” bank, qeyri-bank maliyyə xidmətləri, sənaye istehsalı, qabaqcıl materiallar və yeni tipli şəhərsalma olmaqla beş əsas biznes istiqaməti üzrə fəaliyyət göstərir. Şirkətin ümumi aktivləri təxminən 1,5 trilyon ABŞ dolları təşkil edir.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












