RİNN-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Özbəkistanın rəqəmsal texnologiyalar nazirinin birinci müavini Ayubxon Sultanov ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüşdə rəqəmsal hökumət sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən “myGov” platforması üzrə təcrübə mübadiləsi və birgə əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda süni intellekt agentləri əsasında rəqəmsal xidmətlərin inkişafı, eləcə də bu xidmətlər üçün nitqdən mətnə çevirmə modellərinin hazırlanması və tətbiqi üzrə mümkün əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.
Müzakirələr zamanı startap ekosisteminin inkişafı məsələlərinə də xüsusi diqqət yetirilib. Hər iki ölkənin İT parkları arasında əməkdaşlığın gücləndirilməsi, startapların qarşılıqlı bazarlara çıxış imkanlarının genişləndirilməsi və innovasiya ekosistemləri arasında əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.


Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












