RİNN-də Beynəlxalq Əmək Təşkilatı ilə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Ofisinin direktoru Mixail Puşkin ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüş zamanı Azərbaycanın 2006-cı il Dənizçilik Əmək Konvensiyasının (Maritime Labour Convention, MLC) həyata keçirilməsi istiqamətində atdığı addımlar, bu prosesin ölkəmiz üçün yaradacağı imkanlar və gözlənilən nəticələr müzakirə olunub.
Tərəflər Konvensiyanın ratifikasiyası və səmərəli icrası üçün tələb olunan beynəlxalq standartların tətbiqi ilə bağlı mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar. Beynəlxalq Əmək Təşkilatı bu istiqamətdə Azərbaycana texniki və institusional dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə, həmçinin dəniz nəqliyyatının rəqəmsallaşdırılması, bu sahədə insan kapitalının gücləndirilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqi üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












