RİNN-də çinli nümayəndələrlə görüş keçirilib - FOTOLAR

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Çin Xalq Respublikasının Dövlət Şurası yanında Dövlət Əmlakına Nəzarət və İdarəetmə Komitəsinin (SASAC) nümayəndə heyəti ilə görüş keçirib.
Avtosfer.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Çin arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Saməddin Əsədov qeyd edib ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olub və Orta Dəhlizi onun əsas tərkib hissəsi kimi görür.
Nazir müavini son 20 ildə ölkədə nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və həyata keçirilən iri bağlantı layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, region ölkələri ilə fəal əməkdaşlıq nəticəsində tranzit marşrutlarının səmərəliliyi əhəmiyyətli dərəcədə yüksəlib.
Görüşdə, həmçinin Zəngəzur dəhlizinin tikintisi üzrə görülən işlər barədə Çin tərəfinə məlumat verilib. Qeyd edilib ki, layihə regional kommunikasiyaların şaxələndirilməsinə, eləcə də bölgədə davamlı sülh və rifahın dəstəklənməsinə töhfə verəcək.
Tərəflər nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və yeni təşəbbüslərin həyata keçirilməsi üçün böyük imkanların mövcud olduğunu vurğulayıblar.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












