RİNN nümayəndələri Şanxayda konfransda iştirak ediblər - FOTO

18-19 dekabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən “ByteDance” şirkətinin “Volcano Engine” platformasının təşkil etdiyi “FORCE Original Power Conference – Winter” tədbirində iştirak ediblər.
Avtosfer.az xəbər verir ki, konfrans çərçivəsində sənaye və biznes üçün agent əsaslı Süni İntellekt (Sİ) yanaşmalarının təsiri, Sİ həllərinin real sektorlarda tətbiqi, eləcə də böyük dil modellərinin və agent inkişaf ekosisteminin yenilənmələri müzakirə olunub. Tədbirdə, o cümlədən “Doubao” model xəttinin yenilənməsi və Agent inkişaf alətlərinin təkmilləşdirilməsi təqdim olunub.
Səfər çərçivəsində “BytePlus” şirkətinin direktoru Yongliang Zhang ilə işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə “ByteDance/BytePlus” arasında əməkdaşlıq perspektivləri, “BytePlus” tərəfindən təqdim olunan süni intellekt həllərinin Azərbaycanda tətbiqi, ölkəmizdə məlumat mərkəzinin yaradılması və Sİ sahələrində birgə sərmayə və tərəfdaşlıq imkanları müzakirə edilib.
Əməkdaşlığın davamı olaraq tərəflər arasında koordinasiyanın gücləndirilməsi məqsədilə birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. İşçi qrupunun əsas məqsədi prioritet istiqamətlərin müəyyənləşdirilməsi, mümkün birgə layihələrin qiymətləndirilməsi və əməkdaşlıq üzrə praktik yol xəritəsinin formalaşdırılması olacaq.
“ByteDance” 2012-ci ildə təsis edilmiş, süni intellektlə dəstəklənən innovativ platformaların yaradılmasına fokuslanan qlobal texnologiya şirkətidir. Şirkət insanların məlumatları kəşf etməsinə, yaratmasına və paylaşmasına kömək edən məzmun və məhsuldarlıq həllərini inkişaf etdirir. Bu məhsullara “TikTok”, “Douyin”, “CapCut”, “Lark” və digər müasir həllər daxildir.
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB
Abşeron Gənclər şəhərciyində yolu su basıb - VİDEO
Qohumu cinayət törətmiş şəxs vəzifəsini itirə bilərmi? – CAVAB
Qətllə nəticələnən görüşü deputatın oğlu TƏŞKİL EDİBMİŞ - FOTO












