RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşdü - FOTO

Oktyabrın 3-ü Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarının məsul şəxsləri ilə görüş baş tutub.
Avtosfer.az xəbər verir ki, görüşdə qurumların İnsan Resursları şöbələrinin rəhbər şəxsləri, İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxil olmaqla 35 nəfərə yaxın qonaq iştirak edib.
Tədbirdə RİNN-in İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov və İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayaev açılış nitqləri ilə çıxış ediblər.
Tədbirin davamında İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov AKM-in infrastrukturu barədə geniş təqdimatla çıxış edib. Görüş qonaqları maraqlandıran sualların cavablandırılması ilə interaktiv formada yekunlaşıb.
Sözügedən görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, həmçinin Mərkəzin məzun və tələbələrinin mövcud statusları ilə tanışlıq olub.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən indiyədək 380 nəfər məzun olub. Hazırda 6-cı dalğa üzrə 60 tələbə təhsilini davam etdirir. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team), hücum (Red Team) və “Purple team” qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələnirlər.



Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












